Bakı-Qazax-Gürcüstanın magistralının Qazax şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Opel markalı minik avtomobili digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 6 nəfər bədən xəsarəti alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri - 26 yaşlı kişi dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.