Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Bayramlı kəndində 1988-ci il təvəllüdlü Ramin Əzizov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Ramin Əzizov qız üstündə naməlum şəxslə mübahisə edib. Gənclərin mübahisəsi sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.