Sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edən səhifələrin sayı artıb. Burada avtomobillərlə edilən qayda pozuntularının videoları paylaşılır. Təəssüf edici hal isə odur ki, bu səhifənin izləyicilərinin əksəri gənclərdir. Bəs belə səhifələrin fəaliyyəti qanunla tənzimlənirmi? Bu sualın cavabını xəbərimizdən biləcəksiniz

Müxtəlif maşınlarla edilən avtoxuliqanlı videoları.

Bu avtomobilə isə qadağan edilmiş işıqlar quraşdırılıb. Başqa bir avtomobilə də isə qanunsuz siqnal quraşdırılıb.

Bu videoların hamısı sosial şəbəkələrdə, izləyicilərinin böyük hissəsi gənclərdən ibarət olan ''Lada'' adlı yerli səifədə paylaşılıb. Sözsüz ki, avtoxuliqanlığı təbliğ edən bu səifə ən çox elə gənclərə təsir edir. Onlarda qanunsuz əməlləri təkrarlamaq həvəsi oyadır

Bunu elə şəhərdə elədiyimiz sorğu da təsdiqlədi. Hüquqşunas Xəyal Bəşirov deyir ki, sosial şəbəkələrdə səifələr və ya şəxslər tərəfindən belə videoların paylaşılması və təbliği İnormasiya əldə etmək haqqında qanunun tələblərinə ziddir. Qanun birmənalı olaraq bu cür qanunsuzluqların təbliğini qadağan edir.

İnzibati xətalar məcəlləsinə görə, avtoxuliqanlıq edən şəxslər 500 manatdan 4 min manata qədər pul, 2 ilədək sürücülük hüququndan məhrumetmə və 2 ayadək isə inzibatı həbslə cəzalandırıla bilərlər.
İnformasiya əldə etmək haqqında qanunun tələblərini pozan şəxslər isə 100 manatdan 150 manata qədər cərimə gözləyir.