Boks, üzgüzçülük, gimnastika... Valideynlər uşaqlarını müxtəlif yaşlarda onların maraq istiqamətlərində olan idman növlərinə yazdırırlar.

Amma doğru bildiyimiz yanlışlar da var.

Unikal.org bildirir ki, uşaqların hər idman növü ilə məşğul olmaları düzgün deyil. İlk olaraq uşaqlar məhz idmana gimnastika ilə başlamalıdırlar. Bunun isə bir necə səbəbi var.

Mütəxəssislərin sözlərinə görə uşaqları daha çox 4 yaşından etibarən gimnastikaya, daha sonra isə bədənin tələblərinə görə idmana yazdırmaq lazımdır.

Vaxtında əməl olunmayan qaydalar isə sonradan sizə ciddi problemlər yarada bilər.

Odur ki, sadəcə idmanla deyil professional idmanla məşğul olan idmançı yetişdirmək istəyirsinizsə qaydalara düzgün riayət edin. /xezerxeber.az