Azərbaycanın Əməkdar Məşqçisi, London Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərovun şəxsi məşqçisi, "Şöhrət ordenli Elçin Zeynalov əməliyyat olunub. 

Unikal.org-un xəbərinə görə, bu barədə Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov Feysbuk hesabında məlumat verib: "Çox şükür ki, hər şey qaydasındadır və Elçin müəllim tezliklə ayağa qalxacaq. Uca Allahdan Elçin müəllimə şəfa diləyir və işinin başına dönməsini arzulayırıq. Əminik ki, o güləşimizə hələ uzun illər xidmət edəcək və neçə-neçə çempionlar yetişdirəcək. Yastığınız yüngül olsun, Elçin müəllim!