ABŞ-ın Nyu-Vindzor şəhərində (Nyu-York ştatı) kosmetik vasitələr istehsal edən fabrikdə bir neçə partlayış baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan sonra müəssisədə yanğın başlayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 75 nəfər xəsarət alıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. 

Partlayışın səbəbləri barədə hələ ki, məlumat verilmir.