İtkin düşən Quba sakini tapılıb.

DİN Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə,  Qubada itkin düşən şəxs tapılıb.

Bildirilir ki, rayonun Möhüc kənd sakini 37 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən Almasov Qəni 18.11.2017-ci il tarixdə saat 16:00 radələrində Quba rayon MRX-nın Poliklinika şöbəsinə gəlmiş lakin çıxdıqdan sonra evə qeri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.