Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan isə saat 07:45-də yola düşən 6006 nömrəli elektrik qatarlarına əlavə heyət qoşulub.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları QSC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla da noyabrın 24-nə qədər elektrik qatarları birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edəcək.