Astara rayonunda intihar hadisəsi baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, rayonun Şümrüd kənd sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Oxşar hadisə Ağdamın Çəmənli kəndində də baş verib. 2001-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu yaşadığı evin həyətindəki tövlədə eyni üsulla həyatına son qoyub.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.