Taleh Heydərovun rəhbəri olduğu "Qəbələ İdman Klubunda idmançılar aylardır ki, maaş ala bilmir. 

Unikal.org-un əldə etdiyi məlumata görə, bu problemin davam etməsi bir sıra idmançılar arasında narazılığa səbəb olub. Bildirilir ki, klubda yerli və xarici oyunçular arasında fərq qoyulur. Bu da azərbaycanlı idmançıları ciddi narahat edir.

Qeyd edək ki, klub həm futbolçuların, həm də digər idman növləriylə məşğul olan üzvlərinin maaşlarını 3 aya yaxındır ödəmir.

Məsələ ilə bağlı "Qəbələ İK-nın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Klub rəsmisi Unikal.org-a danışarkən gecikmənin olduğunu təsdiqləyib, o fikirlərini belə ifadə edib:

"Maaşda gecikmələr var. Amma bu problemə çevriləcək səviyyədədə gecikmə deyil. Yaxın müddətdə aradan qaldırılacaq.

Aygün İlqarqızı