Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Unikal.org xəbər verir ki, iclasda Baş nazir Artur Rasi-zadə daxil olmaqla hökumət nümayəndələri də iştirak edirlər.

Parlament sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündələyinə 7 məsələ daxildir. Belə ki, iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəri müzakirə olunacaq.

Bundan başqa, Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında qanun layihələri də müzakirəyə çıxarılacaq.

Plenar iclas noyabrın 23-dək davam edəcək.