19 yaşlı qızı qaçırıb günlərlə təcavüz etdilər. Bu iyrənc hadisə Türkiyənin Adana şəhərində baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, D.R.B adlı gənc qız bir həftə əvvəl tanış olduğu sevgilisi tərəfindən bir yerdə qapalı saxlanılıb. Günlərlə təcavüzə uğrayıb və döyülüb.

İddiaya görə, ailəsiylə birlikdə yaşayan gənc qız ayaqqabı ustası işləyən R.S ilə tanış olub. Yeni sevgilisinin işlədiyi emalatxanaya gedən gənc qız R.S tərəfindən məcbur saxlanılıb. Qızlarından xəbər tuta bilməyən ailə polisə müraciət edib.

R.S 5 gün ərzində gənc qıza qarşı şiddətə məruz qoyub və təcazvüz edib. Daha sonr 19 yaşlı qız R.S-in sportli içki qəbul etdikdən sonra yatmasından istifadə edərək məkandan qaçaraq uzaqlaşıb. O, ərazidəki asayiş keşikçilərindən kömək istəyib. Bədənində yara izləri olan D.R.B təcili yardım maşını ilə Adana şəhər Xəstəxanasına aparılıb.

Xəstəxanada müalicəsi davam edən D.R.B polisə verdiyi ilk ifadəsində, R.S.'nin özünə 5 gün boyunca təcavüz etdiyini irəli sürüb.

Hadisənin yaşandığı ayaqqabı atelyesinə gedən polislər R.S-ni tapa bilməyib. Hadisədən sonra qaçan kişini axtaran polis istintaqı davam etdirir.