Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür.

Unikal.org xəbər verir ki, bu münasibətlə YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

YAP sədrinin və baş nazirin müavini Əli Əhmədov, baş nazirin müavini Əli Həsənov, YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar və ictimaiyyət nümayəndələri Heydər Əliyevin məzarı önünə əklil, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyublar.