DÇ-2018-in final mərhələsinin püşkatma mərasimində iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb. 

Unikal.org xəbər verir ki, bu barədə məlumatı FİFA yayıb. Dekabrın 1-də Kremldə keçiriləcək mərasimdə Loran Blan, Qordan Benks, Fabio Kannavaro, Kafu, Dieqo Maradona, Karles Puyol və Dieqo Forlan iştirak edəcəklər.

Dünya kubokunu səhnəyə isə Miroslav Kloze gətirəcək. Bu şəxslərin hər biri indiyə qədər dünya çempionu olmuş ölkələri təmsil edəcəklər.

Püşkatma mərasimini isə Hari Linekerlə Mariya Komandnaya aparacaq.