ABŞ-ın ən böyük qapalı stadionlarından olan "Atlanta Georgia Dome söküblər. Stadionun sökülməsi üçün partlayıcı maddədən istifadə edilib.

Unikal.org xəbər verir ki, 71 min oturacağı olan stadionun tamamilə dağıdılması üçün cəmi 15 saniyə kifayət edib. Bu əməliyyatı həyata keçirmək üçün 2265 kq partlayıcıdan istifadə olunub. Bu arenadan 30 metr kənarda 71 min tutumu olan, 1,6 milyard dollara başa gələn "Mercedes-Benz Stadium inşa edilib. Partlayış zamanı yeni stadiona zərər dəyməsinin qarşısını almaq üçün onların arasına 5 mərtəbəli bina hündürlüyündə sədd çəkilib.