Türkiyə polisi Azərbaycandan qeyri-qanununi yolla Adanaya gətirilən avtomobilləri ələ keçirib.

Unikal.org Türkiyə mətuatına istinadən xəbər verir ki, Adana polisi Fransa, İspaniya, eləcə də Gürcüstan və Azərbaycandan qeyri-qanuni yolla gətirilən maşınların şasse nömrələrinin silindiyini aşkarlayıb. Sözügedən avtomobillər qaçaq yolla Türkiyəyə gətirilərək satılmasına cəhd olunub.

Türkiyə polisi 15 bölgədə əməliyyat aparıb. Polis hadisə ilə bağlı 4 nəfəri saxlayıb, izahatları alındıqdan sonra sərbəst buraxılıb.

Polis ələ keçirdiyi 1 cip və 8 avtomobili cərimə meydançasına aparıb.