Azərbaycanda ilk dəfə fitness müəlimi olan ər-arvad maraqlı fotosessiya etdirib.

Unikal.org-un baku.ws-ə istinadən məlumatına görə,Kamran və Aylı Qulamovlar ailəsi qısa bir zamandan sonra övlad sahibi olacaq.
Hər ikisi fitness müəllimi olan cütlük dünyaya gələcək övladlarına "xoş gəldin" hədiyyəsi edib. 9 aylıq hamilə olanAylı Qulamova həyat yoldaşı ilə birlikdə kamera qarşısına keçib.
Kamran həyat yoldaşı ilə idman zalında tanış olub və o gündən həyatında hər şey dəyişib. Övladlarının da özləri kimi idmanla məşğul olmasını arzu edən cütlük fərqli tərzdə fotosessiya etdirmək qərarı verib.