Yüngül Atletika üzrə milli komanda əcnəbilərlə vidalaşmağa qərarına gəlib. 

Bu barədə unikal.org-a atletika üzrə milli komandanın baş məşqçisi Bəhruz Salehli məlumat verib:

"Biz bir çox əcnəbi idmançıyla yollarımızı ayırmışıq. Onsuz da həmin əcnəbi idmançıları biz gətirməmişdik. Buna ixtiyarımız da yoxdur.
Həmin əcnəbi atletləri klublar gətirir, sonra onları "milliləşdirir. Daha sonra biz lazım olarsa onları milli komandaya dəvət edirik.
Bir az əvvəl də dediyim kimi bəzi əcnəbilərlə ayrılmışıq. İndi o idmançılar yığma komandaya cəlb olunmurlar. Komandadan uzalaqlaşdırdığımız idmançılardan biri də Anastasiya Komarovadır. O, İslam Oyunlarında gözlənilən nəticəni vermədiyi üçün vidalaşmalı olduq. Hazırda millidən göndərilənlərin adları bəlkə də klublarda qalıb. Mən onu dəqiq deyə bilmərəm. Çünki klublarla məşğul olmuram.

Baş məşqçi maliyyə məsələsi ilə bağlı fikir bildirmək ixtiyarında olmadığını desə də, bəzi məqamlara toxunub:

"Maliyyə məsələsinə bizim mühasibatlıq daha yaxşı cavab verə bilər. Bu mənim ixtiyarımda deyil. Onu bildirim ki, biz legionerlərə aylıq maaş vermirik. Onlara beynəlxalq yarışlarda qələbə qazanarsa dövlət tərəfindən mükafatlandırılır.

Bizə ayrılan pula gəldikdə isə deyə bilərəm ki, hər il bizim üçün 150 min manat büdcə ayrılır. Biz də bu vəsaitlə dünya, Avropa çempionatlarına və bir çox yarışlara qatılırıq. Həmçinin yarış keçirdiyimiz zaman stadionun ödənilən icarə pulu və hakimlərə ödənilən məvaciblər də bizim büdcədən çıxılır.

B.Salehli milliyə gəlmək istəyən iranlı məşqçidən danışıb:

"Federasiyada əcnəbi məşqçilər, həmçinin yeni legionerlər də gətirmək fikrimiz yoxdur. Əksinə onların bəziləri ilə sağollaşmışıq, indi yerli idmançılara üstünlük veririk. 4-5 əcnəbi qalıb. Qalanlar isə ümidləri doğrultduğu üçün millimizdə yer alıb. Bir müddət əvvəl İrandan məktub gəlmişdi. Yuxarı səviyyədə göndərilmişdi. Məktub yüksək yerlərə ünvanladı. Yəni məktub bir baş nazirlik və Milli Olimpiya Komitəsinə göndərilmidi. Amma lazım olmadığı üçün onunla danışığa gedilmədi. Bizim xarici məşqçilərə ehtiyacımız yoxdur. Özümüzün yerli məşqçilərimiz var.

Aygün İlqarqızı