Messinin "Barselona ilə yeni müqavilə bağlayacaq.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun yeni müqaviləyə əsasən, "Barsada ilə nə qədər qazanacağı açıqlanıb.

İspaniyanın "El Mundo nəşrinin yaydığı məlumata görə, argentinalı futbolçu Kataloniya klubunda ilinə 43 milyon avro qazanacaq. Xəbərdə həmçinin, Messinin əlavə bonuslarla birlikdə bu rəqəmi 50 milyona qədər artıra biləcəyi qeyd edilib.

Xatırladaq ki, yeni müqaviləyə əsasən, 30 yaşlı hücumçu 2021-ci ilə qədər Kataloniya təmsilçisinin üzvü olacaq. Messinin transfer məbləği isə 700 milyon avro təyin edilib.