Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında kütləvi saxtakarlıq halları aşkarlanıb.

Unikal.org-un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin qərarlarında bildirilir.

Sadalanan faktlara əsasən, U-17 Liqasının "Kəpəz - "Mil-Muğan matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib. Bundan başqa, U-16 qızlar Liqasında UGİM (Naftalan) - "Əhmədli Yunayted, U-13 qızlar Liqasında "Qusar - "Təhsil FM oyununda qonaqlar, "Mil-Muğan (İmişli) - "Tomris (Gəncə), "Qubek (Balakən) - "Dinamo (Baləkən), UGİM (Şəki) - UGİM (Qax) matçlarında meydan sahibləri, "Gənclik (Şəki) - "Qabaqçöl (Balakən) qarşılaşmasında isə hər iki komanda yaş limitini pozub.

İntizam Komitəsi saxtakarlığa yol verən bütün klublara 0:3 hesablı texniki məğlubiyyət verib.