Kişi voleybolçular arasında "Çelenc Cup turnirinin II təsnifat mərhələsinin cavab oyunları keçirilib. 

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən Azərbaycan çempionu "Lokomotiv ikinci matçında Kiprin "Apoel klubunun qonağı olub.

Fərid Cəlalovun rəhbərlik etdiyi komanda ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəlsə də, cavab görüşü gözlənildiyi kimi çətin keçib.
Matça təmsilçimiz üstün başlayıb və ilk setdə qələbə qazanıb. Ancaq sonradan toparlanan meydan sahibləri ardıcıl iki hissəni qələbə ilə başa vurublar. Vəziyyətin dəyişdiyini başa düşən komandamızın baş məşqçisi Fərid Cəlalov taktiki gediş edib.

Belə ki, 4-cü seti rəqibə "hədiyyə edən mütəxəssis əsas oyunçularını həlledici - "qızıl set üçün saxlayıb. Qarşılaşmanın əsas hissəsi "Apoelin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qızıl setdə isə Cəlalovun taktikası özünü doğruldub. 15:11 hesablı qələbə qazanan "dəmiryolçular ilk dəfə qatıldıqları "Çelenc Cupda 1/16 final mərhələsinə yüksələrək tarix yazıblar.