CNN Türk kanalının xəbərlər proqramının aparıcısı Başak Şengülün canlı yayımda başına hadisə gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişi təqdim etmək üçün kameralar qarşısına keçən aparıcı yaxasındakı mikrofonu yandırmağı unutduğu üçün ekrana maraqlı görüntülər çıxıb.

Daha sonra işçilərin göstərişi ilə nə baş verdiyini anlayan Başak əvvəlcə panikaya düşsə də, sonra özünü ələ alıb mikrofonu açıb və yayıma davam edib.