CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 64,92 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,23 dollar/barel çoxdur.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 64,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,24 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 28-də 61,49 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 28-də 63,67 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel çoxdur.