Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Formula-1 pilotlarından biri Daniel Rikardo Bakıda səfərdədir.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, 29-30 noyabr tarixlərində dünyanın ən məşhur F1 pilotlarından biri Daniel Rikardo Bakıda restoranlardan birində rəqs edib.

Pilot Qafqaz rəqsinə oynayıb və bu qonaqların alqışları ilə qarşılanıb. Məclisdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da iştirak edib. O, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞHƏŞ) baş icraçı direktorudur.

Qeyd edək ki, gələn il aprelin 27-29 tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.