Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubunun iki futbolçusu saxlanılıb. "Neftçiyə oyun satdığı üçün Nizami Hacıyev və Mirhüseyn Seyidovu həbs gözləyir.

Məsələ ilə bağlı "Neftçinin baş məşqçisi Tərlan Əhmədov Unikal.org-a danışıb: 

"Bu məsələni mühafizə orqanları araşdırır. Bizə xoş deyil ki, komandamızın adı belə bir məsələdə hallansın. Çox istərdik ki, məsələ öz həllini tapsın. Kim günahkardırsa, bu məsələdə kimin əli varsa öz cəzasını alsın. Mən heç kimi mühakimə etmərəm, əgər onun günahında sübut dəlil yoxdursa... Onların üstünə şər ata bilmərəm.

Biz "Neftçi klubu olaraq öz işimizə köklənmişik. Yeni-yeni dirçəldiyimiz vaxtda adımızın belə bir işdə hallanması yaxşı deyil. Sözügedən məsələ futbolçuların adına  ləkədir, çox istəyirəm ki, bu işdə əli olan insanlar tapılsın və öz cəzasını alsın.

Aygün İlqarqızı