Bakı Hərbi Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik leytenant Rafiq Səfərovun əmlakı ilə bağlı da qərarı açıqlayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, MTN generalı Elçin Quliyev və Azər Mehdiyevə elan olunan hökmdə göstərilib ki, Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən 250 min manat dəyərində mülkü cinayət yolu ilə əldə edildiyindən əmlakın üzərindən həbs götürülməməlidir.

Həmçinin, həbs olunduqdan sonra istintaq təcridxanasında İntihar etmiş MTN polkovniki İlqar Əliyevin də əmlakının üzərində həbs götürülməyib.

R. Səfərov MTN generalının işində şahid qismində tanınıb.

Qeyd edək ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə hökm oxunub. Hökmə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.