Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.