Xəbər verdiyimiz kimi, noyabrın 30-da İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüş çərçivəsində Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də görüşüblər.

Görüşdən sonra Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi jurnalistlərin suallarını cavablandırıb. Türkiyəli nazir jurnalistin Azərbaycanla bağlı verdiyi sual da çox təəccübləndirib.

Nihat Zeybekçi Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox birbaşa investisiya yatıran ölkələrdəndir və bunun miqdarı 10 milyard dollar təşkil etdiyini deyib. Amma Şahin Mustafayev isə bu rəqəmin 11.7 milyard dollar olduğunu dilə gətirib.

Türkiyəli nazir jurnalistin rəqəmlər arasında fərq sualını gülərək qarşılayıb:

"Gülür...İnsan sevdiyinə verdiyini saymaz. Gülür...Biz bu gözlə baxdığımız üçün bir-birimizə verdiyimizi saymırıq. Bu məbləğin 10 və yaxud 11 milyard olmasını rəqəm kimi baxırıq.

Zarafat etdikdən sonra Nihat Zeybekçi məsələyə belə reaksiya verib:

"Ölkələr arasında ticarət dövriyəsində bəzən fərqlər olur. Bu niyə baş verir? Bəziləri yatırımlar edərkən bizim xəbərimiz olmur və qarşı tərəf bunu qeydə alır. Bəzən də, ticarət dövriyəsi dollar və digər vayutalar ilə həyata keçirilir. Günlük məzənnə dəyişdiyinə görə, belə fərqlər olur. Amma toplamda ölkələr arasında ticarət dövriyəsinə görə, əldə edilən rəqəmlər dəyişmir.