"Evdən hələ indi çıxıram. Hansısa fikir bildirmək üçün hələ tezdi.

Unikal.org xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında "Keşlədən uzaqlaşdırılan Nizami Hacıyev deyib.

Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi ilə qarşılaşmadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Hacıyev və komanda yoldaşı Mirhüseyn Seyidov dünən sərbəst buraxılıblar.

Məsələ ilə bağlı qısa fikir bildirən Hacıyev danışmaq istəmədiyini söyləyib: "Bilmirəm hansı oyunlar, kimin oyunları gedir. Bunu bilsəydim, nə dərdim olardı? Bu məsələlər barədə danışmaq üçün hələ tezdi.

AFFA İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılan "Keşlənin sabiq kapitanı buna layiq olmadığını söyləyib: "Əsas harasa aparılmaq deyil, ömürlük futboldan getməkdi. Mən bu cəzaya layiq deyildim.