"Asiyanın ürəyi-İstanbul prosesi"nin 7-ci nazirlər toplantısının yekununda Bakı Bəyannaməsi qəbul olunub.

Unikal.org-un məlumatına görə, bu gün Bakıda "Asiyanın ürəyi-İstanbul prosesi"nin 7-ci nazirlər toplantısı keçirilib.

Toplantının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Əfqanıstan prezidenti Əşrəf Qəni, Azərbaycan, Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan, İran xarici işlər nazirləri, bir sıra ölkələrin rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Növbəti toplantının gələn il Türkiyədə keçirilməsi nəzərdə tutulur.