Çin dünyanın ən böyük tıxaclarından biri ilə seçilən ölkələrdəndir. Çinin demək olar ki, bütün əraziləri günün istənilən vaxtında tıxac olur. Bundan da ən çox sürücülər əziyyət çəkir. Hətta iş o yerə çatıb ki, sürücülərdən biri tıxacdan xilas olmaq üçün özbaşına yol niyanını dəyişməyə cəhd edib.

Unikal.org olke.az-a istinadən xəbər verir ki, Çində səhər saatlarında həmin şeyni ərazidə tıxaca düşən sürücülərdən biri fürsət taparaq yerə çəkilən yol göstəricisinə əlavə etmək istəyib. Onun bu hərəkəti müşahidə kameralarına düşüb.

Görüntülər sonradan xarici mətbuatda və sosial şəbəkələrdə yayılıb. Videodan da göründüyü kimi sürücü yolun üçüncü zolağında yalnız sol tərəfə getməyə icazə verilən göstəriciyə əlavə edib. Sürücü yerə düz ox çəkməklə yolda hərəkətin həm sola, həm də düz icazə verildiyinə işarə edib.
Çinin hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal həmin şəxsə müdaxilə ediblər. Sürücü saxlanılıb və törətdiyi əmələ görə 150 ABŞ dolları məbləğində cərimələnib.