Siyəzən rayonunda qaçırılan avtomobil yanmış vəziyyətdə tapılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, dekabrın 1-də saat 17 radələrində Siyəzən rayonunun Zarat kəndində kənd sakini Elxan Qurbanov həmkəndlisi Seymur İmanquliyevə məxsus "VAZ-21011 markalı avtomobili qaçırıb və idarə edərkən çəkdiyi siqaretin közü salon hissəsinə düşdüyündən avtomobili yandırıb.

E.Qurbanov Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.