Türk televiziya tarixinin ən uzun serialı "Arka sokaklar" dünənki bölümü ilə geniş rezonans doğurub.

Unikal.org xəbər verir ki, buna səbəb ekran işinin budəfəki bölümündə mövzu olaraq insanları zombiləşdirən flakka adlı narkotik maddənin verdiyi zərərlərin göstərilməsi olub. Belə ki, serialda Rza Babanın kürəkəni Əli flakka qəbul etdikdən sonra küçənin ortasında qəribə görüntülər sərgiləməyə başlayır. O, əvvəlcə başını öz maşınına çırpır, daha sonra yoldakı maşınların birinin üzərinə tullanır.

Avtomobildən çıxan sürücüyə işkəncələr edən Əlinin bu səhnələri izləyənləri şoka salıb.

Qeyd edək ki, serial bu səhnə ilə insanlara sosial mesaj verib.(publika.az)