Baş nazirin istefası tələb edilir. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İsraildə korrupsiyada ittiham edilərək haqqında cinayət işi açılan nazir Benyamin Netanyahunun vəzifəsindən göndərilməsi üçün minlərlə insan Təl-Əviv şəhərində etiraz aksiyası keçiriblər.

Narazı xalq Netanyahunun dərhal postu təhvil verməsini tələb edir.

Xatırladaq ki, baş nazir iş adamlarından bahalı hədiyyələr və rüşvət almaqla ittiham edilir. Haqqında açılan cinayətə görə, baş nairini 6 dəfə ifadəsi alınıb.