"İnterin futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın fikirlərindən sonra qəzəblənib.

Unikal.org xəbər verir ki, Maradona, Argentina yığmasının baş məşqçisi Xorxe Sampaolinin, İkardini yığmaya Naranın ona zəng etməsindən sonra çağırdığını iddia edib. Nara Maradonaya dopinq-tesdən keçməyi tövsiyə edib.

"Mən ona dopinq-testdən keçməyi tövsiyə edirəm. Elə insanlar var ki, onların beyni daim dumanlı olur və hər şeyi məntiqsiz şəkildə izah edirlər. O, bizi qaralayıb.