Hərbi hissə komandiri sərhəddə silahlı qruplaşma ilə baş vermiş atışmada həlak olub. 
 
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  Tacikistanın hərbi hissə komandiri Əfqanıstanla sərhədə həlak olub. Məlumatı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindəki mənbə təsdiqləyib. 

Bildirilir ki, hadisə Əfqanıstanla sərhəddəki Şamsiddin Şohin rayonunda, Lanqurixo qışlağında baş verib. Atışma zamanı həmçinin daha 4 hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Bu səbəbdən də yaralıların vertolyotla Düşənbə şəhərinin hərbi hospitalına göndəriləcəyi ehtimal olunur.
Silahlı qruplaşma üzvlərinin əfqan qaçaqmalçıları olduğu güman edilir. Ölən hərbçi polkovnik Xeyrəddin Axmatovdur.