Misirin keçmiş baş naziri Əhməd Şəfiq həbs olunub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şəfiqin vəkili Dina Ədli Hüseyn məlunat verib. Onun sözlərinə görə, BƏƏ-də evində olarkən polis bölməsinə  aparılıb.

Qeyd edək ki, Misirdə dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Mursinin qalib gəldiyi 2012-ci il prezident seçkilərində namizəd olan Əhməd Şəfiq 2018-ci ildə də ölkəsində keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini söyləmişdi. 

Sonradan Şəfiqin bu qərarına görə Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyi tərəfindən ona "səyahət qadağası qoyulduğu iddia edilib.