Rusiyada ticarətlə məşğul olan azərbaycanlı özünü yandırıb. 

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, polisin Moskva ətrafındakı Korolyov şəhərində ticarətlə məşğul olan azərbaycanlıdan rüşvət tələb etməsi onu bu yola əl atmasına vadar edib.

Yaralı xəstəxanaya yerləşdirilib.

"MK" agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər.