İspaniya La Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Selta ilə ev oyununda (2:2) zədə alan "Barselonanın müdafiəçisi Samuel Umtitinin vəziyyətinə aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, "Nou Kampda keçirilən qarşılaşmanın ikinci hissəsində zədələnərək əvəzlənən fransalı futbolçu 8 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Xatırladaq ki, 24 yaşlı müdafiəçi "Barsanın əsas üzvlərindəndi. O, cari mövsümdə 19 oyunda şans qazanıb.