Arda Turan qış transfer pəncərəsi zamanı "Barselonadan gedəcək.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Ardanın agenti Ahmet Bulut verib. Ancaq o, müştərisinin hansı komandaya gedəcəyinin bəlli olmadığını bildirib:

"Hazırda onun hara gedəcəyi məlum deyil. Ancaq "Barsanı yanvarda tərk edəcəyi dəqiqdi. Biz İspaniya, İngiltərə və İtaliyanın 3-4 komandası ilə danışıqlar aparırıq. "Qalatasarayla əlaqəmiz isə yoxdu.

Yaxın 15 gün ərzində qəti qərar qəbul edəcəyik. İki variant var: Arda ya icarəyə veriləcək, ya da satılacaq.

30 yaşlı Arda cari mövsümdə "Barsanın heyətində bircə rəsmi oyun da keçirməyib.