Türkiyədə 27 yaşlı Azərbaycan əsilli qadın sevgilsini bıçaqlayaraq öldürüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aysel Eshme 34 yaşlı sevgilisi Ümit Gökeri 9 aylıq övladını boğduğu iddiasıyla 7 yerindən bıçaqlayaraq öldürüb.

Ayselin iddiaları isə hər kəsi təəcübləndirib. Türkiyənin Konya şəhərində yaşayan azərbaycanlı Aysel özü barda çalışır. Yüngül ticarətlə məşğul olan 38 yaşlı əri M.E.-dən 2 il bundan əvvəl boşanıb. Lakin birlikdə yaşamağ davam ediblər. Aysel Eshmenin 9 ay əvvəl Emir adlı oğlu dünyaya gəlib. 2 ay bundan əvvəl isə boşandığı əri M.E.-ni tərk edib və sevgilisi Ümit Göker ilə birlikdə yaşamağa başlayıb.

Dekabrın 1-də Aysel axşam saatlarında oğlu Emiri sevgilisi Gökerin yanında qoyaraq işlədiyi bara gedib. Göker isə gecə saatlarında balaca Emiri divandan yıxdığını deyərək həkimə aparıb.

Müayinə olunan körpənin həyati təhlükəsi olduğu üçün reanimasiya şöbəsinə alınıb. Həkimlər uşağın vəziyyəti ilə əlaqədar Ümit Gökerdən şübhələniblər. Bu səbəbdən polis onu nəzarət altına alıblar. Lakin polis şöbəsində verdiyi ifadəsindən sonra 34 yaşlı Ümit sərbəst buraxılıb.

Azərbaycanlı qadın əvvəlcə uşağının atası keçmiş əri ilə birlikdə polis şöbəsinə gedib və Ümitin vəziyyəti ilə maraqlanıb. Daha sonra isə oğlunu görmək üçün xəsətəxanaya yollanıb. Bu zaman sevgilisi Göker avtomobillə xəstəxanada olan Aysel və keçmiş ərinin yanına gəlib. Danışmaq üçün avtomobilindən düşən Gökerlə Aysel arasında dava çıxıb.

Belə ki, azərbaycanlı qadın yanında gəzdirdiyi bıçaqla 50 metrə qədər sevgilisinin arxasınca qaçıb və 7 yerindən bıçaqlayaraq onu ağır yaralayıb. Xəstəxanaya çatdırılan Ümit Gökeri göstərilən bütün səylərə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Cinayət hadisəsindən sonra nəzarət altına alınan Aysel jurnalistlərin "Sevgilinizi niyə öldürdünüz? sualına "Uşağımı adyalla boğub. Həkimlər uşağın havasız qaldığını, beyninə oksigenin getmədiyini dedi. Ona görə etdim. Peşmanam deyib.

Polisdəki sorğusundan sonra ədliyyəyə sövq edilən Aysel Eshme "Övladım xəstəxanada yatır. Nəsli dua etsin, uşağım gözlərini açsın" deyə bildirib.

Qadının bu açıqlamasından bir az əvvəl uşağın müaliə gördüyü xəstəxanada həyatını itirdiyi məlum olub. Beyin cərrahiyyəsi şöbəsində müalicə alan körpənin, yıxıldığı üçün beyin qanaması nəticəsində öldüyü məlum olub.