Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxış edib.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Ərdoğan çıxışı zamanı  Ermənistan xüsusən  Türkiyə ilə dostluq kanallarını qapalı saxlamaqdadır deyib. Həmçinin o bildirib ki, bunu erməni diasporunun təsiri ilə israrla edir: 

"Buna görə Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa da davam edəcək. Ancaq Ermənistandan fərqli olaraq Gürcüstan bir körpü vəzifəsini yerinə yetirərək özünə aydın bir gələcək inşa edib. Bizimlə dost olanlar qazanar, düşmən olanlar itirər".