Topaz Premyer Liqasında növbəti mövsüm neçə komandanın iştirak edəcəyi müəyyənləşib. Unikal.org  Sport24.az-a istinadən xəbər verir ki, elitada 10 komanda mübarizə aparacaq.

Bu təşəbbüs "Qarabağın baş məşqçisi Qurban Qurbanov tərəfindən millinin "sükanı arxasına keçmək təklifini qəbul edərkən irəli sürüb. Təcrübəli mütəxəssis çempionatın səviyyəsinin yüksəlməsi üçün komanda sayının artmasına zərurət yarandığını bildirib. Artıq AFFA tərəfindən bu ideya dəstəklənib və növbəti mövsüm elitaya daha 2 komandanın yüksələcəyinə dair qərar qəbul olunub.

Premyer Liqa təmsilçilərindən heç biri süquta uğramasa, 2017/18 mövsümündə elitanı tərk edən olmayacaq. Ancaq I Diviziondan qızıl və gümüş medalın sahibi, yoxsa digər pillələrdə qərarlaşmış komandaların yüksələcəyi hələ dəqiqləşməyib.

Bundan əlavə 2018/19 mövsümündən Premyer Liqanı ən azı 1 komandanın tərk edəcəyinə dair qərar verilib. Eyni zamanda, sözügedən mövsümdən I Diviziondan ən azı çempionun Premyer Liqaya yüksələcəyi də dəqiqləşib.