Bursada narkotik istifdəçisi olan ər xına gecəsinin səhəri həyat yoldaşını bıçaqlayaraq öldürüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada sinif yoldaşı olan Güllü Y ilə M.Y aralarındakı münasibəti rəsmiləşdirmək qərarına gəlirlər. Beləliklə, cütlük toy hazırlıqlarına başlayır. Narkotik istifadəçisi olan M.Y xına gecəsinin səhərində mətbəxdə həyat yoldaşını 8 yerindən bıçaqlayaraq öldürüb. Cinayət şübhəlisi polisin axtarışı nəticəsində yaxalanıb.

M.Y təxminən 4 ay əvvəl nişanlısını ailəsindən istəməyə gedib. Lakin qızın ailəsi övladını M.Y verməyib. Bundan sonra cütlük qoşularaq qaçıb və bir neçə gün əvvəl rəsmi nigaha daxil olublar.