Antalyada ər keçmiş arvadının başqası ilə evlənməsini həzm etməyərək dəhşətli hadisə törədib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  kişi keçmiş arvadını əvvəlcə bıçaqlayıb, daha sonra isə silahla vurub.

Belə ki, ər uzun müddət idi ki, keçmiş arvadını axtarırdı. Nəticədə harada işlədiyini öyrənir. 

Evindən çıxan S.A-nı izləyən keçmiş ər küçənin ortasında qadına yaxınlaşaraq onu 11 yerindən bıçaqlayır. Qəzəbinə hakim olmayan R.K daha sonra keçmiş arvadının diz qapağı və sol topuğundan silahla vurub. 

Ətrafdakıların köməkliyi ilə qadın xəstəxanaya yerrləşdirildi. Keçmiş əri isə polis axtarır.