Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər haqqında dəfələrlə sujetlər təqdim etmişik. İndi təqdim edəcəyimiz görüntülərdə qayda pozan sürücü isə avtomobilə o qədər yük vurub ki, həm özü üçün təhlükəlidi həm də digər yol hərəkəti iştirakçıları üçün. Hadisəni daha da təhlükəli edən isə odur ki, görüntülər 11 kilometr saat sürət həddi olan magistral yolda lentə alınıb.

Avtomobilin üzərinə özündən də böyük yük yığılıb. Sürücü isə heç birşey olmamış kimi magistral yolda hərəkətinə davam edir.

Unikal.org "XəzərXəbərə istinadən məlumat verir ki, bu görüntülər Göygöl rayonunda lentə alınıb. Görüntülərdə sürücünün yükdaşıma qaydalarını kobud şəkildə pozduğu açıq aydın görünür.

Avtomobilin üzərinə yığılan yükün içərisində nə olduğu bilinməsə də, onun bu şəkildə hərəkət etməsi real təhlükə mənbəyidir.

İnzibati xətalar məcəlləsinə görə, yükdaşıma qaydalarını bu cür pozan sürücüləri 40 manat cərimə gözləyir.