Almaniyanın Elrix şəhərinin küçələrindən birində maralın hücumu nəticəsində qadın xəsarət alıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın uşaqları ilə şəhərdə gəzirmiş. Bu zaman onların qarşısına üzərində işıqqaytaran jilet olan maral çıxıb. Uşaqlar onu Santa-Klausun marallarından hesab etdikləri üçün qorxmayıblar. Maral onlara tərəf gəldikdə isə qadın özünü uşaqların qarşısına verib. Heyvan ayaqlarını qaldıraraq ona zərbə endirib.

Hadisədən bir qədər sonra polis maralı yaxalaya bilib. Heyvan şəhər yaxınlığındakı qoruğa yerləşdirilib. Lakin polis işıqqaytaran jiletin maralın əyninə kim tərəfindən və ya necə geyindirildiyini müəyyən edə bilməyib.