Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Beşiktaşı qəbul edəcək "Leyptsiq klubunun rəhbərliyi türkiyəli azarkeşlərə bilet satmamaq qərarına gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə "Leyptsiqdən bildirilib ki, bu qərar "Beşiktaş rəhbərliyinin xahişi əsasında yerinə yetirib. 

Ötən mövsüm Avoliqada "Lionla baş tutan səfər oyunundakı  hadisələrdən sonra UEFA tərəfindən 2 illik sınaq müddətinə cəlb edilən İstanbul təmsilçisinin oyunlarında bu müddətdə oxşar hadisələr yaşanacağı halda, avrokuboklardan kənarlaşdrıla bilər. Bundan qorxuya düşən "qara qartallar"ın rəhbərliyi Çempionlar Liqasının cari mövsümündə baş tutmuş "Portu və "Monako ilə səfər oyunlarına azarkeş aparmamışdı.

Avropada yaşayan türklərin də oyuna gəlməsinə əngəl olmağa çalışan klub rəhbərliyi rəqiblərinə onlara bilet satmamağı məsləhət bilib.

Xatırladaq ki, "Beşiktaş son oyundan öncə qrup liderliyini təmin edib.

"Leyptsiq - "Beşiktaş matçı dekabrın 6-da, saat 23:45-də başlayacaq.