Portuqaliyanın maliyyə naziri Mario Senteno Avroqrupun yeni sədri seçilib.

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Qeyd edək ki, Avroqrupun hazırkı rəhbəri, Niderlandın maliyyə naziri Yerun Daysselblumun səlahiyyət müddəti 2018-ci il, yanvarın 13-də başa çatır.