Ağstafada döyülmə faktı qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Xılxına kənd sakini, 1965-ci il təvəllüdlü Kazımov Xəlil Kazım oğlu mübahisə zəminində qonşusu tərəfindən döyülüb. Dava zamanı X. Kazımovun xəstə qızı həyəcanlanaraq özündən gedib. Hər iki nəfər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.